Finss.az xəbər verir ki, bazar ertəsi səhər qlobal neft qiymətləri yüksəlişlə açılıb. Treyderlər əsasən OPEC+ ölkələrinin hasilat planları və ABŞ-ın Rusiyaya qarşı yeni sanksiya bəyanatları fonunda bazarı qiymətləndirirlər.
-
ICE Futures London birjasında, noyabr fyuçersləri üzrə bir barelin qiyməti 0,83 dollar (1,27%) artaraq 66,33 dollar olub.
-
Xatırladaq ki, ötən cümə günü Brent 1,49 dollar (2,22%) ucuzlaşaraq 65,50 dollar/barel səviyyəsinə düşmüşdü.
NYMEX əmtəə birjasında, oktyabr fyuçerslərinin qiyməti 0,77 dollar (1,24%) artaraq 62,64 dollar/barel təşkil edib.
-
Əvvəlki sessiyada isə qiymət 1,61 dollar (2,54%) azalaraq 61,87 dollar olmuşdu.
Ötən həftə həm Brent, həm də WTI fyuçersləri, OPEC+ tərəfindən hasilatın artırılacağı ilə bağlı ehtimallar və bunun təklif artımına səbəb olacağı narahatlıqları fonunda 3%-dən çox dəyər itirmişdi.
Ekspertlər bildirir ki, bazarda qiymət dəyişkənliyi qısa müddət ərzində geosiyasi risklər, enerji tələbi və spekulyativ amillər səbəbilə davam edə bilər.